Ana Sayfa > Özəl > İsrail əleyhinə etirazçılar Azərbaycanın Türkiyədəki konsulluğu qarşısında aksiya keçiriblər
İsrail əleyhinə etirazçılar Azərbaycanın Türkiyədəki konsulluğu qarşısında aksiya keçiriblər29-01-2024, 19:25. Yazar: sevinc1 |
![]() İsrail rejiminə neft satışına etiraz edən İsrail əleyhinə etirazçılar Türkiyənin İstanbul şəhərindəki Azərbaycan konsulluğu qarşısına toplaşıblar. Bazar günü türk tələbələr sionist rejimə neft satışına etiraz etmək üçün Azərbaycan Respublikasının İstanbuldakı konsulluğu qarşısına toplaşıblar. Fələstin tərəfdarı olan bir qrup tələbə əllərində bayraqlar və bannerlər tutaraq, Təl-Əviv Qəzzanı tamamilə məhv etməyə çalışarkən “Azərbaycan nefti İsraili qidalandırır” kimi şüarlar səsləndirib. Onlar Türkiyədən neftin İsrailin işğalı altında olan Fələstin torpaqlarına daşınmasına da etiraz ediblər. İsrail rejimi Azərbaycandan boru kəməri vasitəsilə Türkiyənin Aralıq dənizindəki neft mərkəzi olan Ceyhan limanına və oradan da gəmi tankeri ilə İsrail rejiminin Aşkelon və Eylatdakı neft terminallarına nəql edilən xam nefti Azərbaycandan alır. İsrail rejimi mühasirədə olan Qəzza zolağına qarşı aylarla davam edən soyqırım müharibəsinə başladıqdan, bölgədə tələyə düşmüş günahsız fələstinliləri qətlə yetirdikdən sonra Türkiyədə sionist rejimə qarşı tənqidlər və ictimai nümayişlər artmaqdadır. Türkiyədə ictimai rəy sionist rejimə mal ixracının qəti əleyhinədir. Türkiyə vətəndaşları da bazar günü İstanbuldakı İsrail konsulluğu qarşısında avtomobil karvanı aksiyası təşkil ediblər. Türkiyə xalqı sionist rejimin vəhşi cinayətlərinə və Qəzzə xalqının soyqırımına etiraz olaraq aksiya keçirib. Ayrı-ayrılıqda bir qrup türk gənci İstanbulda sionist rejimini elektrik enerjisi ilə təmin edən holdinqin qarşısına toplaşaraq bu məsələyə öz etirazlarını bildiriblər. Türkiyəli gənclərdən ibarət qrup bazar günü sionist rejimin elektrik enerjisi təchizatı ilə məşğul olan Zorlu Holdinqin qarşısında toplaşıb. Türkiyənin bu çoxmillətli holdinqi Türkiyə Elektrik Şirkətinin əməkdaşlığı ilə İşğal olunmuş Fələstin torpaqlarında elektrik enerjisinin bir hissəsini 3 elektrik stansiyası ilə təmin edir. Bu etiraz zamanı bir neçə gənc Türkiyə polisi tərəfindən həbs edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rejimini dəfələrlə “müharibə cinayətkarı” və “terrorçu” adlandıraraq, Təl-Əvivi indiyədək 26.400-dən çox fələstinlini qətlə yetirmiş Qəzzaya qarşı müharibəsini dayandırmağa çağırıb. aia.az Tərcümə şöbəsi Geri dön |