Ana Sayfa > Parlament > Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək
Sahibkarlarla növbəti görüş Samux rayonunda keçiriləcək29-01-2024, 11:36. Yazar: sevinc1 |
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq. Aksiya rayonun Qarayeri qəsəbəsində (1 nömrəli məktəbin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 31-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək Geri dön |