Ana Sayfa > Ölkə > Evdən 17 min manat dəyərində qızıl oğurlandı
Evdən 17 min manat dəyərində qızıl oğurlandı29-01-2024, 11:23. Yazar: sevinc1 |
![]() Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |