Ana Sayfa > Ölkə > Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb29-01-2024, 10:18. Yazar: sevinc1 |
![]() 27-28 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb. aia.az Geri dön |