Ana Sayfa > Özəl > Media: Yaponiya Ukrayna ilə yeddi əməkdaşlıq istiqaməti müəyyən edib

Media: Yaponiya Ukrayna ilə yeddi əməkdaşlıq istiqaməti müəyyən edib


29-01-2024, 08:52. Yazar: sevinc1
Media: Yaponiya Ukrayna ilə yeddi əməkdaşlıq istiqaməti müəyyən edib

TASS “Sankei” nəşrinə istinadən xəbər verir ki, Yaponiya hökuməti Ukrayna ilə əməkdaşlığın yeddi prioritet istiqaməti müəyyən edib.Onlar fevralın 9-da Tokioda Ukraynanın bərpasına dair ikitərəfli konfrans zamanı elan olunacaqlar. Yaponiya hakimiyyəti Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək, keçmiş Sovet respublikasında kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, həmçinin rəqəmsal və İT texnologiyalarının inkişafını stimullaşdıracaq.

Bundan əlavə, Tokio Ukraynanın enerji və nəqliyyat infrastrukturunu bərpa edəcək və korrupsiyanın aradan qaldırılması və dövlət idarəçiliyinin gücləndirilməsi məsələsində Kiyevə dəstək verəcək.Tərəflərin əməkdaşlığa dair 20-dən çox sənəd imzalayacağı gözlənilir. Həmçinin, Yaponiya hökuməti Ukraynanın bərpasına dəstək çərçivəsində Kiyevə teletibb sahəsində ən son texnologiyalar, ağıllı kənd təsərrüfatı, bərpa olunan enerji mənbələrinin, xüsusən də bioyanacaqların istehsalı və istifadəsi ilə bağlı müasir texnologiyalar ötürmək niyyətindədir.

Yaponiya hökuməti bundan əvvəl Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.

aia.az
Tərcümə şöbəsi
Geri dön