Ana Sayfa > Karusel / Gündəm > İnam Kərimov Məhkəmə-Hüquq Şurasının növbəti iclasını keçirdi

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının növbəti iclasını keçirdi


27-01-2024, 13:31. Yazar: sevinc1
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının növbəti iclasını keçirdi

2024-cü ilin yanvarın 26-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

aia.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında 2023-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.
Geri dön