Ana Sayfa > Seçki 2024 > Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi


26-01-2024, 17:49. Yazar: sevinc1
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

25 yanvar 2024-cü il tarixdə ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax Olimpiya İdman Kompleksinin idman zalında seçicilərlə növbəti görüş keçirildi. Görüşdə 1000 nəfərdən artıq seçici iştirak edirdi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax rayon yerli təşviqat qrupunun üzvlərindən Firdovsi Umudov, Bəsdi Ələkbərova, Pəri İbrahimova, Fərhad Qocamanov, Xatın Hüseynxanova, Elxan Abdullayev, Məmməd Yusifov, Kazım Kazımlı çıxış etdilər. Natiqlər böyük əminliklə bildirdilər ki, qarşıdan gələn taleyüklü, çox mühüm və vacib siyasi kampaniya olan Prezident seçkilərində rayonumuzun bütün seçiciləri, xüsusilə gənc seçicilər fəal iştirak edəcək və həmişə olduğu kimi haqqa, ədalətə, Heydər Əliyev siyasi kursuna, müstəqil, suveren Azərbaycanın xoş - firavan gələcəyinə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklər.
Çıxışlarda natiqlər bütün seçiciləri seçki məntəqələrinə gəlməyə və Yeni Azərbaycan Partiyasının namizədi, dünyaşöhrətli siyasətçi, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.







Geri dön