Ana Sayfa > Təhsil > Yeni elektron imtahan korpusu açılacaq

Yeni elektron imtahan korpusu açılacaq


25-01-2024, 16:00. Yazar: sevinc1
Yeni elektron imtahan korpusu açılacaq

"Yeni elektron imtahan korpusu hazırda test rejimindədir".

aia.az xəbər verir verir ki, bu barədə çəlumat verən Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, fevral ayında korpusun açılışının keçirilməsi nəzərdə tutulur.

DİM sədri qeyd edib ki, yeni korpusda dövlət qulluğu üzrə imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur.

“Korpusda 2-5 min arasında iştirakçı sayı olan imtahanlar keçiriləcək. Kağız daşıyıcılardan istifadə edilməyəcək. Sonra mərhələli şəkildə 10 minə qədər iştirakçısı olan imtahanlar orada keçiriləcək.

Dövlət qulluğu ilə yanaşı, müxtəlif idarələrə işə qəbulla əlaqədar imtahanlar da orada keçiriləcək. Sonra magistratura, doktorantura imtahanları da orada keçirilə biləcək".

M.Abbazsadə regionlarda da belə zalların quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.

"Bu zallar Bakıdan elektron formada idarə olunacaq”, - deyə DİM sədri əlavə edib.

aia.az
Geri dön