Ana Sayfa > Təhsil > Əcnəbilər üçün fəlsəfə doktoru imtahanına qeydiyyat elan olundu

Əcnəbilər üçün fəlsəfə doktoru imtahanına qeydiyyat elan olundu


25-01-2024, 11:18. Yazar: sevinc1
Əcnəbilər üçün fəlsəfə doktoru imtahanına qeydiyyat elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarına qeydiyyat elan edir.

Qurumdan aia.az-a verilən xəbərə görə, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2024-cü il fevralın 18-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku üzrə imtahan isə 4-5 mart tarixlərində keçiriləcək.

aia.az
Geri dön