Ana Sayfa > Seçki 2024 > AMEA-nın Ümumi Yığıncağı keçiriləcək

AMEA-nın Ümumi Yığıncağı keçiriləcək


25-01-2024, 11:04. Yazar: sevinc1
AMEA-nın Ümumi Yığıncağı keçiriləcək

AMEA-nın 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatın müzakirəsini təmin etmək məqsədilə 29 fevral 2024-cü il tarixində AMEA-nın Ümumi Yığıncağı keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

İclasda, həmçinin 27 mart - “Elm Günü”nə hazırlıq haqqında müzakirələr aparılıb. Təqdim olunmuş Tədbirlər planının ilkin layihəsi ətrafında fikir mübadiləsi aparılıb və akademik İsa Həbibbəyli Elm Gününün yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

aia.az
Geri dön