Ana Sayfa > Özəl > Almaniya hakimiyyəti Ukraynada muzdluluqda şübhəli bilinən almanların sayını açıqlayıb
Almaniya hakimiyyəti Ukraynada muzdluluqda şübhəli bilinən almanların sayını açıqlayıb25-01-2024, 09:46. Yazar: sevinc1 |
Almaniya hakimiyyəti Almaniya vətəndaşlarının Ukrayna münaqişəsinin tərəflərindən birinə qoşulması ilə bağlı 24 hadisədən xəbərdardır. Bu barədə Lenta.ru Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Suzan Baumanın Bundestaqın deputatı Qöts Fremminqin müvafiq sorğusuna cavabına istinadən yazır. Fremminq hökumətdən soruşub ki, Ukraynada böhran başlayandan bəri nə qədər Almaniya vətəndaşı Ukrayna Silahlı Qüvvələrinə və ya Rusiya Silahlı Qüvvələrinə qoşulub. Ona deyilib ki, federal orqanlarda muzdluların ümumi sayı barədə məlumat yoxdur, lakin bir sıra vətəndaşlara qarşı rəsmi şübhələr barədə məlumat var.Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibinin cavabında deyilir: “2023-cü il dekabrın 31-nə iki müharibə edən tərəfdən birinə qoşulmaq məqsədi ilə getdiklərində şübhəli bilinən Almaniya vətəndaşlığı olan şəxslərin ölkəni tərk etməsi ilə bağlı 24 hadisə məlumdur. Sentyabrın 23-də RİA Novosti Zaporojye istiqamətində fəaliyyət göstərən “Əfsanə” çağırış nişanlı kəşfiyyat qrupunun komandirinə istinadən xəbər verir ki, Rusiya qoşunları heyətində alman hərbçilərindən ibarət “Leopard” tankını sıradan çıxara biliblər. şəxsi heyət və muzdlular deyil, Bundesver əsgərləri. aia.az Tərcmümə şöbəsi Geri dön |