Ana Sayfa > Seçki 2024 > Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi


24-01-2024, 16:21. Yazar: sevinc1
Qazax rayonunda seçicilərlə növbəti  görüş keçirildi

23 yanvar 2024-cü il tarixdə qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax Olimpiya İdman Kompleksinin idman zalında saat 14:00-da seçicilərlə görüş keçirildi. Görüşdə 1500 nəfər seçici iştirak etdi.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, yerli təşviqat qrupunun üzvlərindən İlham Pirməmmədov, Məmməd Yusifov, Gülnaz Alişanova, Sevda Həsənova, İsgəndər Qurbanov, Kazım Kazımlı, Vaqif Nəsibov, Qədir Əfəndiyev çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, ötən hər gün bizi qarşıdan gələn növbədənkənar Preizdent seçkilərinə yaxınlaşdırır. 07 fevral 2024-cü ildə keçiriləcək seçkidə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə qalib gələcəyi heç kəsdə şübhə doğurmur. Çünki, Möhtərəm Prezidentimizin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, qələbələr hər birimizin gözü qarşısındadır. Odur ki, qarşıdan gələn çox mühüm, taleyüklü bu kampaniyada hər birinizi hamılıqla seçkilərdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırırıq.
Natiqlər qəti əmin olduqlarını bildirdilər ki, Qazax rayonunun seçiciləri 07 fevral 2024 - cü il tarixdə hamılılqla seçki məntəqələrinə gələcək, doğru-düzgün seçim edərək ən layiqli namizədə, müstəqil Azərbaycanın xoş - firavan gələcəyinə, dünya azərbaycanlılarnın sevimli Liderinə İlham Əliyev cənablarına səs verəcəklər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.  
Geri dön