Ana Sayfa > Qərbi Azərbaycan > Şirvanda zavodda partlayış zamanı xəsarət alanların vəziyyəti

Şirvanda zavodda partlayış zamanı xəsarət alanların vəziyyəti


24-01-2024, 11:37. Yazar: sevinc1
Şirvanda zavodda partlayış zamanı xəsarət alanların vəziyyəti

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

aia.az
Geri dön