Ana Sayfa > Seçki 2024 > Qazax rayonunda seçicilərlə görüş keçirilib

Qazax rayonunda seçicilərlə görüş keçirilib


23-01-2024, 16:02. Yazar: sevinc1
Qazax rayonunda seçicilərlə görüş keçirilib

22 yanvar 2024-cü il tarixdə qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Qazax rayon təşkilatının inzibati binasının iclas zalında saat 11:00-da seçicilərlə görüş keçirildi.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Qazax” Xeyriyyə İçtimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Qazax rayon yerli təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Məmməd Yusifov, Kazım Kazımlı, şəhid atası Elxan Abdullayev, Müqabil Məmmədov çıxış etdilər. Natiqlər qarşıda xalqımız üçün çox mühüm, taleyüklü bir kampaniya, 07 fevral 2024-cü il tarixli növbədənkənar Preizdent seçkiləri keçiriləcəyini bildirdilər və bütün görüş iştirakçılarını hamılıqla seçkilərdə fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Çıxış edənlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin bütün sahələrdə əldə etdiyi saysız-hesabsız uğurlardan, nailiyyətlərdən, qazanılan möhtəşəm qələbələrdən, zəfərlərdən ətraflı danışdılar. Əmin olduqlarını bildirdilər ki, Qazax rayonunun seçiciləri 07 fevral 2024 - cü il tarixdə hamılılqla seçki məntəqələrinə gələcək, doğru-düzgün seçim edəcək, seçki mədəniyyəti, seçki nümunəsi göstərəcəklər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.  
Geri dön