Ana Sayfa > Siyasət > GUAM müşahidəçiləri seçkini izləyəcək
GUAM müşahidəçiləri seçkini izləyəcək22-01-2024, 16:40. Yazar: sevinc1 |
![]() GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək. aia.az xəbər verir ki, bu barədə Secki-2024.az saytı xəbər verib. Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir. Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq. aia.az Geri dön |