Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayon təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə tədbir keçirilib

Gədəbəy rayon təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə tədbir keçirilib


22-01-2024, 16:16. Yazar: sevinc1
Gədəbəy  rayon təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə tədbir keçirilib

YAP Gədəbəy rayon təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Sevinc Hüseynova, partiya əməkdaşlarının və fəallarının iştirakı ilə xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi və qurucusu Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini böyük ehtiramla yad etmişlər. 

Heydər Əliyev ideyalarını yaşadaraq Azərbaycan xalqına xidmət edən və cənab İlham Əliyev kimi rəhbəri olan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan fəxr edib qürur duyuruq, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 31 illik münasibəti ilə bütün siyasi həmfikirlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

Geri dön