Ana Sayfa > Özəl > İranlılar Suriyada öldürülən SEPAH hərbi məsləhətçiləri ilə vidalaşıb

İranlılar Suriyada öldürülən SEPAH hərbi məsləhətçiləri ilə vidalaşıb


22-01-2024, 14:47. Yazar: sevinc1

İranlılar Suriyada öldürülən SEPAH hərbi məsləhətçiləri ilə vidalaşıb

İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbi məsləhətçisinin dəfn mərasiminə İran paytaxtında böyük izdiham toplaşıb.

İnsanlar bazar ertəsi Tehranın şimal-şərq məhəlləsində toplaşaraq, şənbə günü Dəməşq yaxınlığında baş verən İsrail hücumunun qurbanlarını yad ediblər. Digər iki şəhidin dəfn mərasimi müqəddəs Qum şəhərində keçiriləcək.

İştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

İslam İnqilabı Keşikçiləri Korpusu şənbə günü yaydığı bəyanatda bildirib ki, Suriyada hərbi məsləhətçi missiyada xidmət edən 5 üzvü Dəməşqin qərbində, möhkəm mühafizə olunan Mezzeh məhəlləsində bir yaşayış binasına İsrail hava hücumu nəticəsində öldürülüb. Daha sonra bildirilib ki, beşinci məsləhətçi aldığı xəsarətlərdən ölüb.

İran prezidenti Seyid İbrahim Rəisi İsrailin terror aktının rejimin öz bədxah məqsədlərinə çata bilməməsinin və Müqavimət Cəbhəsi döyüşçüləri ilə bağlı məyusluğunun göstəricisi olduğunu deyib və hədəfli qətlin cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də deyib: İslam Respublikası işğalçı qurumun mütəşəkkil terrorizminə lazımi vaxt və yerdə cavab vermək hüququnu özündə saxlayır.

Xarici işlər naziri Hüseyn Əmir-Abdollahian şənbə günü axşam saatlarında X hesabında yazıb ki, İranın hərbi müşavirləri İsrailin “qorxaq” sui-qəsd əməliyyatlarına məhəl qoymayaraq regionda antiterror missiyasını davam etdirəcəklər.

İran Dəməşqin xahişi ilə Suriyada 2011-ci ildən bəri Suriya hökumətinə qarşı döyüşən xaricdən dəstəklənən terrorçuları məğlub etmək üçün müharibədən əziyyət çəkən ölkəyə kömək etmək məqsədi ilə Suriyada məsləhət missiyasını davam etdirir.

İranın məsləhət yardımı Suriyaya İŞİD-i məğlub etməyə və demək olar ki, bütün bölgələrə nəzarəti terrorçulardan geri almağa kömək etdi.

İsrailin şənbə günü hücumu, İİKK-nın İraqın Kürdüstan bölgəsindəki Ərbildə bir binanı hədəf almasından bir neçə gün sonra baş verib və İsrail kəşfiyyatının əsas zabitini öldürüb.

aia.az
Tərcümə şöbəsi
Geri dön