Ana Sayfa > Özəl > İsrail qüvvələri oktyabrın 7-dən bəri 1000 məscid və onlarla qəbiristanlığı dağıdıb: Nazirlik
İsrail qüvvələri oktyabrın 7-dən bəri 1000 məscid və onlarla qəbiristanlığı dağıdıb: Nazirlik22-01-2024, 13:12. Yazar: sevinc1 |
İsrail qüvvələri Qəzza zolağına qarşı davam edən soyqırım müharibəsi zamanı ən azı 1000 məscidi dağıdıb, onlarla qəbiristanlığı təhqir edib, ərazi rəsmiləri deyir. Fələstin İnformasiya Mərkəzi bu barədə bazar günü Qəzzanın Vəqflər və Dini İşlər Nazirliyinə istinadən məlumat yayıb. "İsrail işğalçı qüvvələri ötən il oktyabrın 7-dən bu yana ərazidəki 1200 məsciddən 1000-dən çoxunu dağıdıb", - Nazirlik həmin məscidlərin yenidən qurulmasının təxminən 500 milyon dollara başa gələcəyini bildirib. Fələstin Nazirliyi əlavə edib ki, İsrailin təcavüzü həmçinin Qəzza boyunca bir sıra kilsələri, o cümlədən tarixi Yunan Pravoslav Kilsəsini, həmçinin Zəkat dini komitələrini, Qurani-Kərimi tədris edən məktəbləri və Vəqf Bankının qərargahını dağıdıb. Hesabatda qeyd olunur ki, İsrail qüvvələri hərbi hücumun başladığı gündən müsəlmanların azanını oxuyan 100-dən çox din alimi, natiq, imam və müəzzini qətlə yetirib. Nazirlik eyni kontekstdə İsrailin təcavüzünün bütün beynəlxalq qanunların və insan haqlarının açıq şəkildə pozulmaqla, meyitlərin oğurlandığı onlarla qəbiristanlıq və qəbirlərin təhqir edilməsinə və dağıdılmasına səbəb olduğuna diqqət çəkib. Rejim Qəzzaya qarşı hərbi təcavüzə 2023-cü il oktyabrın 7-də ərazinin müqavimət hərəkatları ilə Əl-Əqsa Fırtınası əməliyyatından sonra başlayıb. İsrail ordusunun hücumu zamanı indiyədək əksəriyyəti qadın və uşaq olmaqla 25 mindən çox fələstinli qətlə yetirilib, 62 min 600-dən çox insan isə yaralanıb. aia.az Tərcümə şöbəsi Geri dön |