Ana Sayfa > Siyasət > Aİ XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər
Aİ XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər22-01-2024, 10:37. Yazar: sevinc1 |
![]() Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq. aia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək. Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar. aia.az Geri dön |