Ana Sayfa > Gündəm > Sosial-İqtisadi Kollecdə ilk dəfə səs verəcək tələbələrlə görüş

Sosial-İqtisadi Kollecdə ilk dəfə səs verəcək tələbələrlə görüş


19-01-2024, 13:42. Yazar: sevinc1
Sosial-İqtisadi Kollecdə ilk dəfə səs verəcək tələbələrlə görüş

Yanvarın 19-da UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici görüş təşkil edilib.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov ilk dəfə səs verəcək gənc seçiciləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, onları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə və parlaq gələcəyə səs verməyə çağırdı. Vidadi Orucov hal-hazırda gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını görüş iştirakçılarının diqqətə çatdırdı.

Mərkəzi Seçki Komissiyasının üzvü Nailə Əsgərova ilk dəfə səs verəcək tələbələrlə bildirdi ki, görüşün əsas məqsədi seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə, baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması idi.

Görüşün sonunda Mərkəzi Seçki Komissiyasının üzvü Nailə Əsgərova tələbələri maraqlandıran sualları cavablandırdı.
Geri dön