Ana Sayfa > Karusel / Ölkə > Mebel sexindəki partlayışda xəsarət alanların son durumu

Mebel sexindəki partlayışda xəsarət alanların son durumu


19-01-2024, 12:02. Yazar: sevinc1
Mebel sexindəki partlayışda xəsarət alanların son durumu

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən aia.az-a bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

aia.az
Geri dön