Ana Sayfa > Seçilənlər-4 / Aia TV / Karusel > "Vurulan" icra başçısı danışdı: "Deputat olmaq istəyirəm..."
"Vurulan" icra başçısı danışdı: "Deputat olmaq istəyirəm..."4-09-2015, 15:38. Yazar: admin |
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ona heç bir vəzifə verilməməsi isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin "vurulması” kimi dəyərləndirilib. Aia.az xəbər verir ki, bununla bağlı sabiq icra başçısı Nəsib Məhəməliyev "Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevə müsahibəsində olduqca ilginc açıqlamalar verib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq: - Nəsib müəllim, cənab Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi? - Bəli, gözləyirdim. - Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir... -Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilməz deyildi. - Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz? - Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatilmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb. - Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz? - Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm. Geri dön |