Ana Sayfa > Özəl > Avropada Rusiya qazının Ukrayna ərazisi ilə tranzitinin dayandırılması riskini açıqlayıblar
Avropada Rusiya qazının Ukrayna ərazisi ilə tranzitinin dayandırılması riskini açıqlayıblar18-01-2024, 09:37. Yazar: sevinc1 |
Rusiya qazının Ukrayna ərazisindən tranziti 2024-cü ildə başa çata bilər. Avstriyanın OMV enerji şirkətinin rəhbəri Alfred Ştern müvafiq risklərdən danışıb, onun sözlərini die Presse sitat gətirir.Şternin sözlərinə görə, Avropaya yanacaq tədarükü ilə bağlı risklər boru kəmərlərinin hərbi əməliyyatların aparıldığı ərazidən keçməsi ilə bağlıdır. Bundan əlavə, Ukrayna ilə Rusiya arasında qaz tranziti müqaviləsinin müddəti başa çatır. “Risk yüksəkdir və biz diversifikasiya yolu ilə ondan qorunmuşuq. Biz hazırıq”, - OMV rəhbəri söz verib.Ukraynanın "Naftoqaz" neft-qaz şirkətinin rəhbəri Aleksey Çernışev daha əvvəl qeyd edib ki, Ukrayna Rusiya qazının Avropa İttifaqına tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra yenilənməyəcək. Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Moskva Ukrayna ərazisindən tədarükün davam etdirilməsi məsələsinə baxarkən istehlakçı tələbini və transsərhəd infrastrukturun fəaliyyətini nəzərə alacaq. Ukraynanın Rusiya qazını Avropaya tranzit etməkdən imtina etməsi bir sıra nəticələrə gətirib çıxara bilər – Almaniyanın “Focus” jurnalının yazdığı kimi, bu, avropalı istehlakçılar üçün yanacağın bahalaşmasına, həmçinin hasilatın yerdəyişməsinə səbəb ola bilər. O, Almaniyanın sənaye istehsal gücünün beş ilə on faizi arasında daimi olaraq xaricə köçürülə biləcəyini təxmin edir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Rusiya qazını istehlak etməkdə davam edir və bunun qarşısını almaq mümkün deyil. Onun sözlərinə görə, Ukraynanın qaz nəqli şəbəkəsi elə qurulub ki, yanacaq ölkə ərazisinə daxil olan kimi “sıçrayır və yayılır”. Prezident əlavə edib ki, Rusiya şirkəti qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirir, bunun üçün pul alır və tranzit üçün vəsaitin bir hissəsi Kiyevə gedir. aia.az Tərcümə şöbəsi Geri dön |