Ana Sayfa > Özəl > Türkiyə nümayəndə heyəti qaz qovşağında işləri sürətləndirmək üçün Rusiyaya gələcək

Türkiyə nümayəndə heyəti qaz qovşağında işləri sürətləndirmək üçün Rusiyaya gələcək


17-01-2024, 13:43. Yazar: sevinc1
Türkiyə nümayəndə heyəti qaz qovşağında işləri sürətləndirmək üçün Rusiyaya gələcək

RİA Novosti Türkiyənin Energetika Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, Türkiyə nümayəndə heyəti qaz qovşağını (yanacaq paylama yeri) müzakirə etmək üçün bu həftə Rusiyaya səfər edəcək. Qeyd olunur ki, qarşıdan gələn görüşdən sonra Türkiyə tərəfi layihə üzrə işləri sürətləndirmək niyyətindədir.“Türkiyənin rəsmi nümayəndə heyəti bu həftə Rusiyaya yola düşəcək. Nümayəndə heyəti qaz qovşağının yaradılması ilə bağlı məlumat alacaq və detalları müzakirə edəcək. Bu yoxlama səfərinin nəticələrinə əsasən layihənin həyata keçirilməsi üçün tədbirlər təqviminin hazırlanacağı və işlərin sürətləndiriləcəyi gözlənilir”, - deyə agentliyin həmsöhbəti bildirib. Dekabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qazının Trakyadakı “qovşaq” vasitəsilə Balkanlara və Avropaya nəqli məsələsində Rusiya dövlət başçısı Vladimir Putinlə razılaşdığını bildirib. Onun sözlərinə görə, Türkiyə Ataşehirdəki qüllələrdən birini enerji resurslarının bölüşdürülməsi üçün bütün imkanların səfərbər ediləcəyi yerə çevirmək niyyətindədir.Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiyanın Türkiyədə qaz qovşağının tikintisində iştirakına dair yol xəritəsi təsdiqlənmə mərhələsindədir. O, yaxın vaxtlarda layihənin həyata keçirilməsi ilə bağlı konkret razılaşmaların əldə olunacağına əminliyini ifadə edib.

aia.az
Tərcümə şöbəsi

Geri dön