Ana Sayfa > Şou-biznes > Avtomobiliniz əlinizdən alına bilər - Video

Avtomobiliniz əlinizdən alına bilər - Video


29-09-2016, 14:57. Yazar: admin



Bir çox insanlar avtomobil alqı-satqısı zamanı etibarnaməyə üstünlük verirlər. Amma düşünmürlər ki, etibarnamə ilə aldıqları avtomobil sonradan böyük problemlər yarada bilər. Hətta bu problem avtomobilin əldən çıxması ilə də nəticələnə bilər.

“myBaku.az” xəbər verir ki, Region TV-nin araşdırmasına görə, əksər sürücülərin etibarnamənin sonradan yarada biləcəyi fəsadları barədə bir o qədər məlumatı yoxdur. Etibarnamə mülkiyyəti təsdiq edən sənəd deyil. Yəni məsələn etibarnamə ilə avtomobil almısınızsa bu hələ o demək deyil ki, o tamamilə sizə məxsusdur.

Belə olan halda mülkiyyət hüququ ölən şəxsin varislərinə çatır. Bu zaman vərəsələr maşının etibarnamə müddətini uzada və yaxud da başqasına sata bilərlər. Çox hallarda isə həmin əmlak etibarnaməni verən şəxsin mülkiyyətində qalır və gələcəkdə problemlərə yol aça bilir.


Geri dön