Ana Sayfa > Özəl > UNRWA: Qəzzada, 1948-ci ildən bəri fələstinlilərin ən böyük yerdəyişməsi
UNRWA: Qəzzada, 1948-ci ildən bəri fələstinlilərin ən böyük yerdəyişməsi16-01-2024, 13:33. Yazar: sevinc1 |
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin mühasirədə olan Qəzza zolağında davam edən soyqırım kampaniyası zamanı xeyli sayda fələstinlini məcburi köçkün etdiyini bildirib. Bazar ertəsi BMT agentliyi İsrailin 100 gün ərzində bombardman etməsi və bunun ardınca gələn kütlələrin yerdəyişməsi ilə bağlı bəzi yenilikləri təqdim edib. UNRWA-nın X-də yayımlanan bəyanatında deyilir: “Bütün bir nəsil uşaq travma alıb, minlərlə insan öldürülüb, şikəst və yetim qalıb. İnsanlar yaşanmazları yaşayırlar”. BMT agentlikləri və yardım qrupları bildirirlər ki, İsrailin mühasirədə olan əraziyə təcavüzünə başladığı 7 oktyabr 2023-cü ildən bəri əhalinin təxminən 90 faizi iki milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb. UNRWA həmçinin Qəzzada 100 gün davam edən döyüş əməliyyatlarını 100 saniyəyə keçirən video yayımlayıb. UNRWA-nın rəhbəri Filip Lazzarini bu yaxınlarda İsrailin mühasirədə olan Fələstin ərazisinə hücumunu bəşəriyyət üçün ləkə adlandırıb. "Son 100 gündə kütləvi ölüm, dağıntı, köçkünlük, aclıq, itki və kədər bizim ümumi insanlığımızı ləkələyir." Fələstin Xarici İşlər və Qürbətçilər Nazirliyi bazar günü yaydığı bəyanatda 100 gün keçdiyini və "İsrail işğalının Qəzzanı yaşanmaz bir yerə çevirdiyini, dəhşətli cinayətlər törətdiyini və təxminən 2 milyon insanı məcburi köçkünə çevirdiyini" bildirib. 15 may 1948-ci ildə 750.000-ə yaxın fələstinli İsrail qüvvələri tərəfindən öz torpaqlarından zorla çıxarılaraq, əsasən işğal olunmuş Qərb sahilinə, Qəzza zolağına və Fələstinin qonşu dövlətlərinə sığınıb. Bu gün 5 milyona yaxın fələstinli hələ də köçkün vəziyyətindədir və öz vətənlərinə qayıtmaq hüququndan məhrumdur. İsrail oktyabrın əvvəlindən Qəzzada 24 minə yaxın insanı qətlə yetirib. İsrailin amansız bombardmanları nəticəsində oradakı mülki infrastruktura böyük ziyan dəyib. Son rəqəmlər Qəzza zolağında 100-ə yaxın məktəb və universitetin, 140-dan çox məscidin tamamilə dağıdıldığını göstərir. 80-dən çox xəstəxana və sağlamlıq mərkəzi artıq xidmətdən çıxıb. aia.az Tərcümə şöbəsi Geri dön |