Ana Sayfa > Gündəm / Seçilənlər-4 / Manşet > Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək.

Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək.


21-06-2015, 08:38. Yazar: admin
Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək.
Cüdo üzrə milli komandamızın üzvü, 68 kq-da Azərbaycanı təmsil edəcək Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək.

Aia.az Aişənin yarışdan öncə qafqazinfo-ya verdiyi müsahibəsini təqdim edir:

- Avropa Oyunları haqqında fikirləriniz necədir?

- Təbii ki, hamımız həyəcanlıyıq. Doğma arenada belə bir yarış təşkil olunur. Bu bizim üçün də böyük məsuliyyətdir. Bu böyük yarışdan üzüağ çıxmağa çalışacağıq.

- Bakıya gələn cüdoçulardan kimlər ən çox diqqət çəkir?

- Ümumiyyətlə idmanda zəif rəqib yoxdur. Fikrimcə, çətin olacaq. Bütün idmançılar medal qazanmaq üçün gəlib.

- Sizin üçün ən çətin rəqiblər kimdir?

- Rəqibin güclüsü, zəifi olmaz. Bilirsiz, hansısa rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çünki elə olur ki, güclü idmançını udursan, zəifə uduzursan. Ona görə də indidən heç nə deməyək. Ümid edirəm ki, yaxşı olacaq.

- Qızıl medal gözləyirsiz, yoxsa başqa medallar da uğur sayılacaq?

- Fikrim medal qazanmaqdır. Fərqi yoxdur ki, bu qızıl, gümüş və ya bürünc olacaq. Uğur istənilən halda, uğurdur.

- Avropa Oyunlarındakı nəticələr sizin gələcək karyeranıza təsir edəcək?

- Əlbəttə ki, edəcək. Əgər Avropa Oyunlarında medal qazana bilməsəm, karyeramı başa vuracam.

- Nə üçün karyeranızı başa vuracaqsız?

- Çünki 11 ildir ki, idmandayam. Böyük uğur qazanmaq istəyirəm. Bunu etsəm, hər şey yaxşı olacaq. Qazana bilməsəm, deməli məndə alınmır. Ona görə də karyeramı başa vuracam.

- Əgər qazana bilsəniz, hədəfiniz nə olacaq?

- 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılıb uğur qazanmaq.

- Ümumiyyətlə cüdo komandamızda kimlərdən medal gözləyirsiz?

- Kifayər Qasımova və özümdən (gülür).

- Kişilərin yarışında?

- Orxan Səfərov, Rüstəm Orucov və Elxan Məmmədovdan.
Geri dön