Ana Sayfa > Manşet / Təhsil > Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər

Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər


16-01-2024, 11:51. Yazar: sevinc1
Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər

İstisna etmirəm ki, müəyyən universitetlər paytaxtdan köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər.

aia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

Onun sözlərinə görə, bu Təhsil Nazirliyinin həyata keçirməli olduğu ciddi bir islahatdı.

“Gələcək illər ərzində bu məsələyə dair Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər”,-deyə o qeyd edib.

aia.az
Geri dön