Ana Sayfa > Manşet / Siyasət > Elnur Allahverdiyev seçiciləri ilə görüş keçirdi
Elnur Allahverdiyev seçiciləri ilə görüş keçirdi15-01-2024, 21:47. Yazar: sevinc1 |
![]() Bu gün 2024-cü ildə seçicilər və müraciət edən vətəndaşlarımızla ilk görüşümüz oldu. Fərqli mövzularda problemləri dinlədik. Qəbula gələn seçicilərimizin məşğulluq, təhsil, səhiyyə məzmunlu çətinlikləri barədə ətraflı məlumat aldıq. Problemləri nəzarətə götürdük, qarşıdakı günlərdə onların çözümü ilə bağlı işlərə başlayacağıq. Bu il də ötən illərdəki kimi seçicilərimizlə görüşlər və səyyar qəbullarda bir araya gəlmək əzmindəyik. Onları narahat edən və maraqlandıran problemlərin həlli üçün yerli və mərkəzi icra orqanları ilə fəal təmaslarımız olacaq. ELNUR ALLAHVERDİYEV MİLLİ MƏCLİSİN DEPUTATI Geri dön |