Ana Sayfa > Cəmiyyət > Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəzaya uğradı


29-09-2016, 11:10. Yazar: admin


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolda, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq maneəyə dəyib. Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib, ön şüşəsi sınıb. Avtobusda sərnişinlərin olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Geri dön