Ana Sayfa > Seçki 2024 > Azərbaycanda 504 uşaq övladlığa verilib

Azərbaycanda 504 uşaq övladlığa verilib


12-01-2024, 15:24. Yazar: sevinc1
Azərbaycanda 504 uşaq övladlığa verilib

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

Sosial Xidmətlər Agentliyindən aia.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.

aia.az
Geri dön