Ana Sayfa > Özəl > Finlandiya prezidentliyinə namizəd Stubb Rusiya Federasiyasının rəhbərliyi ilə əlaqə saxlamayacağına söz verib

Finlandiya prezidentliyinə namizəd Stubb Rusiya Federasiyasının rəhbərliyi ilə əlaqə saxlamayacağına söz verib


12-01-2024, 09:32. Yazar: sevinc1
Finlandiya prezidentliyinə namizəd Stubb Rusiya Federasiyasının rəhbərliyi ilə əlaqə saxlamayacağına söz verib


Finlandiyanın hakim Koalisiya Partiyasından prezidentliyə namizədi, keçmiş baş nazir Aleksandr Stubb bildirib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişə bitənə qədər Rusiya rəhbərliyi ilə siyasi münasibətləri saxlamayacaq. Bu barədə cümə günü, yanvarın 12-də Reuters agentliyi məlumat yayıb.“Siyasi baxımdan nə Rusiya prezidenti Vladimir Putinlə, nə də Rusiyanın siyasi rəhbərliyi ilə heç bir münasibət olmayacaq”, - o deyib.

Eyni zamanda, siyasətçi praktiki baxımdan iki dövlətin sərhəd xidmətləri və diplomatlarının qarşılıqlı fəaliyyətinin davam etdiyinə diqqət çəkib.

Stubb Rusiya Federasiyası ilə diplomatik əlaqələrin korlanmasını istəməyəcəyini də vurğulayıb. Bununla belə, onun sözlərinə görə, Moskva hazırda “Finlandiya xarici siyasətinin əsas istiqaməti deyil”. Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə buraxılış məntəqələrinin bağlanmasını fevralın 11-dək uzadıb.

Finlandiya rəhbərliyi daha əvvəl Rusiya Federasiyası ilə transsərhəd əməkdaşlıq haqqında sazişə xitam vermək qərarına gəlib və qaçqınların idarəolunmaz axınına görə Rusiya Federasiyası ilə sərhəddə demək olar ki, bütün keçid məntəqələrini bağlayıb

aia.az
Tərcümə şöbəsi
Geri dön