Ana Sayfa > Özəl > Rospotrebnadzor acqarına limonlu suyun faydalarından danışıb
Rospotrebnadzor acqarına limonlu suyun faydalarından danışıb12-01-2024, 09:25. Yazar: sevinc1 |
Rospotrebnadzor səhərlər acqarına limonlu bir stəkan su içməyin faydalarından danışıb.Ropotrebnadzor saytındakı məqalədə deyilir ki, belə bir içki bədənin oyanmasına və günə başlamağa kömək edir. Səhər su özlüyündə sağlamdır, limon isə C vitaminləri, E və B qrupları, mikroelement kompleksləri ilə zəngindir. Limonlu su həzmi işə salır, limfa axını və qan dövranını yaxşılaşdırır. Səhər limonlu içkiyə zerdeçal, nanə və ya zəncəfil əlavə edə bilərsiniz. Amma limonlu su böyrək xəstəliyi, allergiyası, qida borusu və mədənin həssas selikli qişası olan insanlar üçün təhlükəlidir. Xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar verməzdən əvvəl mütəxəssislə məsləhətləşin. aia.az Tərcümə şöbəsi Geri dön |