Ana Sayfa > Siyasət > Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik - Obrayn

Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik - Obrayn


11-01-2024, 20:04. Yazar: sevinc1
Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik - Obrayn

ABŞ Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyir.

aia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

"Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik", - o deyib.

O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var.

"Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq".

Obrayn vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.
Geri dön