Ana Sayfa > Cəmiyyət > Peruda qadını cadugərlikdə ittiham edərək yandırdılar

Peruda qadını cadugərlikdə ittiham edərək yandırdılar


28-09-2016, 13:14. Yazar: admin



Perunun hindu kəndinin sakinləri yaşlı qadını cadugərlikdə ittiham edərək yandırıblar.

Bu barədə “El Nuevo Dia” portalı məlumat yayıb.

Yerli sakinlərdən biri edamı çəkib və videonu hakimiyyət nümayəndələrinə təqdim edib. Qeyd edilir ki, yaşayış məntəqəsində mobil rabitə yoxdur. Bu səbəbdən də polislər baş verənlərdən bir neçə gün sonra xəbər tutublar.

Hüquq-mühafizəçilər hadisə yerinə gəldikdən sonra cəsədin üç gün davamlı olaraq yandırıldığını ehtimal ediblər. Hadisə yerində külə dönmüş qalıqlar aşkar edilib.

Qeyd edilir ki, yerli sakinlər həmkəndlilərini xəstəlikləri cəlb etməkdə ittiham ediblər. Yerli hadisələr jurnalında edam cəzasına dair yazı var. Hüquq-mühafizəçiləri bu yazını əyani sübut kimi müsadirə ediblər.
Geri dön