Ana Sayfa > Karusel / Ölkə > Bakıda sərxoş kişi qardaşını

Bakıda sərxoş kişi qardaşını


11-01-2024, 10:37. Yazar: sevinc1
Bakıda sərxoş kişi qardaşını

Pirallahı rayonunda bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aia.az-a bildirilib ki, araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

aia.az
Geri dön