Ana Sayfa > Siyasət / Aia TV / Karusel > "Əkrəm Əylislinin qulağının kəsilməməsi üçün ABŞ səfirliyi bizə müraicət etdi" - Partiya sədri

"Əkrəm Əylislinin qulağının kəsilməməsi üçün ABŞ səfirliyi bizə müraicət etdi" - Partiya sədri


4-09-2015, 15:04. Yazar: admin
"Əkrəm Əylislinin qulağının kəsilməməsi üçün ABŞ səfirliyi bizə müraicət etdi" - Partiya sədri

Parlament seçkiləri yaxınlaşdıqca müxtəlif partiyaların nümayəndələri və bitərəflər öz namizədliklərini irəli sürürlər.

Hafiz Hacıyev və onun rəhbərlik etdiyi Müasir Müsavat Partiyasının (MMP) isə seçkilərdə iştirak edib etməyəcəyi hələ bəlli deyil.

Aia.az
-n məlumatına görə,Reaksiya.az bu informasiyanı dəqiqləşdirmək üçün MMP-nin sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.

O, noyabrda keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin çox olduğunu bildirib: "Bəziləri hesab edir ki, illərdir keçirilən bütün seçkilərdə iştirak edirik, amma bir dəfə də olsun, partiyanın namizədlərindən deputat mandatı alan olmayıb”.

Hafiz Hacıyev mətbuatda səsləndirdiyi "Prezident İlham Əliyevin ətrafında xəyanətkar insanların sayı çoxdur" fikrinə də aydınlıq gətirib: "Təbii mənim kimləri dediyimi, kimləri nəzərdə tutduğumu hamı çox gözəl bilir. Və bu yönümdə müəyyən işlər görülməyə başlanıb, bəzi məmurlar müəyyən sahələrdən təcrid edilib. Yəni mətbuatda ad çəkmirəmsə, bu o demək deyil ki, mən heç bir şey çatdırmıram. Çatdırıram, özünüz də görürsünüz, son günlər bəzi nazirlərin səlahiyyətləri əllərindən alınır, müəyyən işlər görülür. Bunların hamısında biz həmişə fəal olmuşuq, dövlətin, dövlətçiliyin və dövlət başçısının yanında olmuşuq. Kimlərsə düşünürsə ki, biz elə müsahibə verməklə məşğuluq, yanlış fikirləşirlər".

Hər çıxışı ajiotaja səbəb olan partiya sədri "Əkrəm Əylislinin qulağını kəsmək lazımdır”, "Şortik geyinənlərin ayağına kislota tokülməlidir”, "Prezidentə uzanan əlləri kəsəcəm”, "Özümü partladacam” və digər bu tipli fikirləri deyib sonra əməl etməməsinin ona olan inamı azaltmadığını bildirib: "Əkrəm Əylisli məsələsini siz bilmədiniz axı. Bəzi məsələlər var ki, mətbuatın ondan xəbəri olmur. Aysberqin görünən üzünü görürsünüz, amma görünməyən üzünü görə bilmirsiniz. Əkrəm Əylislinin məsələsində həqiqətən də təsdiq olundu ki, o, doğrudan da ermənilərə xidmət edir. Ondan ötrü, əgər yadınızdadırsa, ABŞ səfirliyi, ABŞ Dövlət Departamenti "Euronews” kanalından canlı yayımda bizim partiyaya müraciət etdi. Bundan sonra hakimiyyət dairələrindən, məsələn Daxili İşlər Nazirliyindən bizə bildirdilər ki, bu məsələləri yığışdıraq, bu, bizim imicimizə mənfi təsir edir. Həm də qulaq kəsmək o demək deyil ki, qulağını kəsək, qulaqsız qalsın Andronikin qulağı kimi. O, özü bundan ibrət dərsi götürdü və geri çəkildi. Biz bunu edə də bilərdik, bu xəyanətə görə bunu etmək də olardı. Qaldı ki, şortik məsələsinə, mən sözümü demişəm və yenə də deyirəm. Əgər namusu, qeyrəti varsa, bunların öz ana bacılarının yanında şortiklə küçədə gəzməzlər. İstirahət mərkəzlərində, dəniz qırağına dincəlməyə gedəndə mümkündür. Amma Bakının mərkəzində "Tarqovı”da tüklü ayağını kiməsə göstərməyin özü mədəniyyətsizlik, əxlaqsızlıqdı, özü də əxlaqsızlığın bir növ böyüyüdü. Yəni biz dedik, sözümüzü edə də bilərdik. Bizim yüngül həyat tərzi keçirən bəzi insanlar yığıldılar və şortik kampaniyası keçirdilər, guya ki bizim acığımıza. Biz sözümüzü deyirik və üstündə də dururuq. Prezidentin ətrafında olan xəyanətkar insanlara söz atırıq. Söz yarası isə qılınc yarasından da ağırdır. Deyirik və bilirlər kimlərə deyirik, kimləri nəzərdə tuturuq, elə son günlərdə neçəsinin biznesinə əl qoyulub, yoxlamalar gedir, elə qolları kəsilmiş kimi bir şeydilər. Mən həqiqətən deyirəm, görsəm ki, bunlar bu xəyanətlərini davam edirlər, biz onlara yaxınlaşıb özümüzü də partlada bilərik,onları da partlada bilərik. Elə bu xəbərdarlığın özü də bir cəsarətdir. Bu baxımdan narahat olmağa dəyməz, bütün neqativ hallara qarşı ciddi mübarizə aparırıq"
Geri dön