Ana Sayfa > Özəl > Husilər Qırmızı dənizdə gəmiyə yeni hücum edib

Husilər Qırmızı dənizdə gəmiyə yeni hücum edib


10-01-2024, 16:13. Yazar: sevinc1
Husilər Qırmızı dənizdə gəmiyə yeni hücum edib

Yəmənin husi qruplaşması Qırmızı dənizdə gəmiyə yeni hücum həyata keçirib. Britaniyanın Dəniz Ticarət Təşkilatı Yəmənin Hudeyda limanından 50 dəniz mili qərbində insident barədə məlumat alıb.Bu barədə Əl-Cəzirə məlumat yayıb.Bölgədə ticarət gəmilərinə edilən son hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Husilərin hücumları səbəbindən böyük daşıyıcılar son həftələrdə gəmilərini yönləndiriblər. Qrup hücumları İsrailin Qəzzada apardığı müharibəyə etiraz olaraq həyata keçirib.

Bu arada ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizin cənubu üzərində husi üsyançıları tərəfindən buraxılan 18 pilotsuz təyyarəni vurduğunu bildirib. Bu, son yeddi həftədə beynəlxalq gəmiçilik zolağına edilən 26-cı hücum idi.CENTCOM xəbər verir ki, Britaniya qüvvələri ilə birlikdə iki gəmi əleyhinə qanadlı raket və bir gəmi əleyhinə ballistik raket də vurulub

aia.az
Tərcümə şöbəsi
Geri dön