Ana Sayfa > Manşet / Gündəm > Perinatal Mərkəzində yanğın olub, insanlar təxliyə edilib -
Perinatal Mərkəzində yanğın olub, insanlar təxliyə edilib -9-01-2024, 09:06. Yazar: sevinc1 |
Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib. aia.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib. Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub. Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil. **** Respublika Perinatal Mərkəzində yanğın olub. Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. aia.az Geri dön |