Ana Sayfa > Siyasət > Vitse-spiker İrana gedir

Vitse-spiker İrana gedir


8-01-2024, 18:00. Yazar: sevinc1
Vitse-spiker İrana gedir

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli yanvarın 9-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aia.az-a verilən xəbərə görə, səfərdə vitse-spiker Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının komitələrinin iclaslarında iştirak edəcək.

Səfər yanvarın 11-də başa çatacaq.

aia.az
Geri dön