Ana Sayfa > Parlament > İlin ilk “Açıq mikrofon” aksiyası Qax rayonunda keçirildi
İlin ilk “Açıq mikrofon” aksiyası Qax rayonunda keçirildi8-01-2024, 15:54. Yazar: sevinc1 |
![]() SOCAR-ın “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Qax rayonu olub. İlin ilk aksiyasında cəmi 3 nəfər mikrofon önünə çıxsa da, ünvanlanan müraciətlərdən biri bir kəndin sakinləri adından səsləndirilib. Qum kəndinin qazlaşdırılmasını xahiş edən sakin isə Vüsal Nurməmmədov olub. Digər 2 sakin isə nasaz qaz sayğaclarının yenisi ilə əvəzlənməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri müraciətlər barədə qeydiyyat apardıqdan sonra müvafiq göstərişlər veriblər. Geri dön |