Ana Sayfa > Parlament > Yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək
Yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək8-01-2024, 09:27. Yazar: sevinc1 |
Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək. aia.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur: • Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması; • Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası; • Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması; • Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması; • Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası; • Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması. Geri dön |