Ana Sayfa > Özəl > İsrail qüvvələri İordan çayının qərb sahilində pilotsuz uçan aparatla 6 fələstinlini qətlə yetirib
İsrail qüvvələri İordan çayının qərb sahilində pilotsuz uçan aparatla 6 fələstinlini qətlə yetirib7-01-2024, 16:54. Yazar: sevinc1 |
Oktyabrın 7-də Qəzzada müharibənin başlamasından bu yana İsrail qüvvələrinin İordan çayının qərb sahilinə qarşı zorakılıqlarının artması fonunda İsrailin pilotsuz təyyarəsinin Ceninə endirdiyi hücumda ən azı altı fələstinli şəhid olub. Ramallahdakı Fələstin Səhiyyə Nazirliyi Facebook-da paylaşdığı məlumatda bildirib ki, zərbə bazar günü səhər tezdən Cenin şəhərinin cənubunda mülki vətəndaşların toplaşdığı bir yerə atılıb və ən azı altı fələstinli öldürülüb. Hökumət xəstəxanası yaralıların sayını təsdiqləyib. Bazar günü Ceninə basqın zamanı bir İsrail əsgəri də öldürülüb. İsrail ordusu gecə yarısı Cenin şəhəri və qaçqın düşərgəsinə də basqın edib. İsrail vertolyotları Cenin qaçqın düşərgəsindəki mülki evlərə ağır pulemyotlardan atəş açıb və Cenin nəzarət-buraxılış məntəqəsindən böyük İsrail əlavələri göndərilib. Düşərgələrdə məskunlaşan fələstinli döyüşçülərin güclü müqavimət göstərdiyi bildirilir. Bir neçə videoda şiddətli toqquşmalar zamanı fələstinlilərin İsrail qüvvələrinə qarşı istifadə etdiyi İED (əldə hazırlanmış partlayıcı qurğu) partlayışları əks olunub. İsrail ordusu və polisin birgə bəyanatında deyilir ki, Cenin qaçqın düşərgəsində gecə basqın zamanı 4 İsrail polisi yaralanıb, İsrail ordusuna məxsus avtomobil isə PUA ilə məhv edilib. Əl-Cəzirə tərəfindən təsdiqlənmiş video görüntülərə görə, İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində İsrail qüvvələrinin bazar günü səhər tezdən şəhərə hücumundan sonra silahlı toqquşmalar baş verib. İsrail qüvvələri Nablusdakı evinə basqın edən gənc fələstinlini həbs edib. Onlar həmçinin İordan çayının qərb sahilindəki Hebron, Qalkilya və Yerixo kimi digər şəhərlərə də basqın ediblər. HƏMAS döyüşçülərinin oktyabrın 7-də sərhədyanı əməliyyatından üç ay keçir. Bu müddət ərzində İsrailin amansız zərbələri və qurudan hücumları Qəzza zolağında ən azı 22.700 fələstinlini qətlə yetirib. Qəzzada müharibə başlayandan bəri işğal olunmuş İordan çayının qərb sahili artan İsrail təcavüzü ilə üzləşib. 332-dən çox fələstinli İsrail əsgərləri və ya köçkünlər tərəfindən qətlə yetirilib, ən azı 5600 nəfər həbs edilib və 3000-dən çox insan yaralanıb. aia.az Tərcümə şöbəsi Geri dön |