Ana Sayfa > Qərbi Azərbaycan > Eyvandan yıxılan 15 yaşlı qızın
Eyvandan yıxılan 15 yaşlı qızın7-01-2024, 15:56. Yazar: sevinc1 |
Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın son vəziyyəti açıqlanıb. Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onun vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir: "Pasiyentin vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir". Xatırladaq ki,yanvarın 3-də Abşeron rayonunda 15 yaşlı qızın eyvandan yıxılması ilə bağlı məlumat yayılıb. TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. aia.az Geri dön |