Ana Sayfa > Özəl > Ukraynaya Qərbin hərbi yardımının dayandırılmasının nəticələri açıqlanıb
Ukraynaya Qərbin hərbi yardımının dayandırılmasının nəticələri açıqlanıb7-01-2024, 09:38. Yazar: sevinc1 |
Qərbin dəstəyi olmasa, Ukrayna öz iqtisadiyyatı üçün ciddi risklər yaratmağa məcbur olacaq. Bu barədə “The Wall Street Journal” (WSJ) yazır.Qeyd olunur ki, Ukrayna hakimiyyəti kəsiri doldurmaq üçün ya büdcə xərclərini azaltmalı, ya da pul çap etməli olacaq. “Qısa müddətdə Ukrayna Qərbin dəstəyinin azalması və 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra ABŞ-da ictimai rəydə mümkün dəyişikliklə bağlı artan narahatlıqlar fonunda daha həssas vəziyyətdədir”, - nəşr yazır. Material müəllifinin fikrincə, Ukraynanın özünün hərbi istehsal obyektlərinə yatırdığı sərmayələr onu daha böyük Rusiya hərbi sənaye kompleksi ilə eyni səviyyəyə çatdırmaq iqtidarında deyil. Dekabrda ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb. Xüsusilə Kiyev hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıq, MLRS üçün sursat, artilleriya mərmiləri və tank əleyhinə silahlar alıb. ABŞ-ın Ukraynaya kömək etmək üçün artıq vəsaiti yoxdur, yeni yardım paketi Konqresdə təsdiqini gözləyir. aia.az Tərcümə şöbəsi Geri dön |