Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “2024-cü ildə Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqları xəbəri dövlət başçımızın öz xalqına verdiyi ən gözəl müjdə oldu”

Novruzəli Aslanov: “2024-cü ildə Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqları xəbəri dövlət başçımızın öz xalqına verdiyi ən gözəl müjdə oldu”


3-01-2024, 10:25. Yazar: sevinc1
Novruzəli Aslanov: “2024-cü ildə Xocalı və Xankəndi sakinlərinin öz  evlərinə qayıdacaqları xəbəri dövlət başçımızın öz xalqına verdiyi ən  gözəl müjdə oldu”

“Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət
siyasətinin mühüm istiqamətinə çevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində müasir dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin
qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan
soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfələr verir. Azərbaycanın 2020-ci ildə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, eləcə də son üç il ərzində baş verən önəmli hadisələr bir daha xalqımızın birliyini, hər zaman öz Prezidenti və Ali Baş Komandanı cənab
İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş
dərəcədə fəallıq göstərdilər. Bütün bu məsələlər Ölkə Prezidentinin 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində öz əksini tapmışdır.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı
Novruzəli Aslanov səsləndirib.


Fikirlərini davam etdirən deputat həmçinin Prezident İlham Əliyevin xalqa müraciətində 2023-cü ildə əldə olunmuş ən mühüm nailiyyətlərin xüsusi qeyd olunduğunu vurğulayıb: “Öz müraciətində möhtərəm dövlət başçımız 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini qeyd etdi. Əlbəttə ki, bu hadisələrin arasında ölkənin ərazi
bütövlüyünün və dövlət suverenliyinin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. İlk növbədə 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmaqla Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Həmin vaxt xüsusilə Ermənistanın arxasında dayanan bəzi Qərb ölkələrində nə qədər
hay-küy qaldırılsa da, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürülsə də bütün bunlar Azərbaycan Prezidentinin və öz müdrik rəhbərinin ətrafında sıx birləşmiş Azərbaycan xalqının iradəsinə
təsir edə bilmədi. Bu hadisədən beş il sonra, 2023-cü ilin sentyabr ayında keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Sentyabrın
20-də xalqa etdiyi müraciətində Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın apardığı lokal antiterror tədbirlərinin nəticələri, bu əməliyyatın Cənubi Qafqaz regionunda davamlı
sülhün və əmin-amanlığın əldə olunması baxımından əhəmiyyəti, eləcə də region ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın bundan sonra sülh və qarşılıqlı etimad şəraitində yaşama ehtimallarının dəyərləndirilməsi ilə bağlı mühüm açıqlamalar təqdim edərək vurğuladı ki, bu antiterror tədbirləri zərurətdən doğan bir addım idi və istər Ermənistan, istərsə də onun təhrikçi havadarları rəsmi İrəvanın 10 noyabr bəyannaməsinin şərtlərindən irəli gələn öhdəliklərinə
əməl etmədikcə və Azərbaycana qarşı terror siyasətindən əl çəkmədikcə belə bir sonluğun gectez qaçılmaz olacağı barədə dəfələrlə xəbərdarlıq almışdılar. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Əlbəttə ki, Azərbaycan bütün bunlara sonsuza qədər dözə bilməzdi. Buna görə də sentyabrın 19-da cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror
tədbirlərinə başladı, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı.

Daha sonra N.Aslanov işğaldan azad edilmiş ərazilərimizdə gedən möhtəşəm bərpayenidənqurma işlərindən bəhs edərək bunları deyib: “Əlbəttə ki, cənab Prezident İlham Əliyevin müraciətində yer almış mühüm məqamlardan biri də Qarabağda və Şərqi Zəngəzurda
gedən irimiqyaslı quruculuq işləri ilə bağlı olub. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycanın 30
illik işğal dövrü ərzində tamamilə dağıdılmış şəhər və kəndləri yenidən qurulur və artıq bu ötən il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. 2023-cü ilin mart ayında -
Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Bundan bir qədər əvvəl isə, Ağalı kəndində köçkünlər məskunlaşmışdılar. Beləliklə artıq beş yaşayış məntəqəsində həyat bərpa edilmişdir. Həmçinin cənab Prezident xalqa müraciətində 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş
köçkün və qaçqınların qayıdacaqları ilə bağlı müjdə verdi. Dövlət başçısı bildirdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.
Bütün bunlar əlbəttə ki, cənab Prezident İlham Əliyevin yeni il öncəsi öz xalqına verdiyi ən gözəl müjdələrdir. Azərbaycan 2024-cü ildə də quracaq, yaradacaq, daha böyük sürətlə inkişaf
edəcək və getdikcə daha güclü, qüdrətli dövlətə çevriləcək” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb
Geri dön