Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “İlk Yeni ildir ki, Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız dalğalanır.”
Eltun Süleymanov: “İlk Yeni ildir ki, Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız dalğalanır.”2-01-2024, 19:12. Yazar: sevinc1 |
“Həmişə olduğu kimi bu ilin yekununda–dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Hərəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət etdi. Xalqımızı daim qələbədən qələbəyə aparan, dünya siyasətində yeri və rolu olan, ölkəmizin inkişafı üçün bütün səyini əsirgəməyən Liderin çıxışı bu dəfə fərqli çıxış idi. Çünki o, qalib xalqın qalib sərkərdəsi kimi çıxış edir, yeni qələbələrin müjdəsini verirdi. Ölkəmizin başçısı cənab İlham əliyev haqlı olaraq 2023-cü ilixalqımızın tarixində qürur və sevinc ili adlandırdı:” 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.” 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Düzdür, biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin möhtərəm Prezidentin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində, uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “2023-cü ilin ən mühüm hadislərindən biri ərazi bütövlüyümüzün bərpası oldu. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması bu sahədə ilk addım idi. Bütün təzyiq və təhdidlərə baxmayaraq, dövlət başçımızın qətiyyəti, ordumuzun sayıqlığı öz sözünü dedi. Nəticə isə Azərbaycan xalqı üçün bir qürur mənbəyi oldu: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz. Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.” Eltun Süleymanov bildirmişdir ki, “iki bayramı birlikdə qeyd edən Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır. Bu il ilk Yeni ildir ki, Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız dalğalanır, dünyanın hər yerində yaşayan azərbaycanlılar qürur və fəxarətlə bu günün sevincini yaşayır. Şərqi Zəngəzurda və Qarbağda tikinti işləri sürətlə davam edir, məcburi köçkünlər Yeni ili öz evlərində qeyd edirlər. Müraciətində məcburi köçkünlərə daha bir müjdə verən dövlətimizin başçısı bu tendensiyanın davam edəcəyini bildirərək demişdir: “Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.” Azərbaycan Prezidentinin bayram müraciəti eyni zamanda milli maraqların təmin olunması baxımdan həm də mühüm həmlə xarakteri daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə Prezidentinin dediyi kimi, adıçəkilən subyektlər, xüsusən “Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”. Geri dön |