Ana Sayfa > Özəl > Fələstin müqavimət qüvvələri Balata qaçqın düşərgəsində parad keçirir
Fələstin müqavimət qüvvələri Balata qaçqın düşərgəsində parad keçirir30-12-2023, 20:21. Yazar: sevinc1 |
![]() Fələstin müqavimət qüvvələri cümə günü İordan çayının qərb sahilindəki Balata qaçqın düşərgəsində işğal olunmuş ərazilərdə İsrail qüvvələri tərəfindən şəhid olan fələstinli mülki vətəndaşların xatirəsini yad etmək üçün aksiya keçirib. Fəthin hərbi qanadı olan Əl-Əqsa Şəhidləri Briqadalarının döyüşçüləri İsrailin son basqınlarında qaçqın düşərgəsində həlak olanların xatirəsini yad etmək üçün küçələrə toplaşan yüzlərlə insandan ibarət izdihamın arasından keçib. Qeyri-qanuni sionist qurum, rejimin Qəzzada soyqırım kampaniyasına başlamasından sonra işğal olunmuş İordan çayının qərb sahilində fələstinlilərə qarşı ölümcül repressiyalarını gücləndirib. Oktyabrın 7-dən bəri rejim qüvvələri və mühacirlər ən azı 314 fələstinlini şəhid edib və İordan çayının qərb sahilində yüzlərlə insanı oğurlayıb. aia.az Tərcümə şöbəsi Geri dön |