Ana Sayfa > İqtisadiyyat > Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib

Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib


30-12-2023, 13:00. Yazar: sevinc1
Daşkəsəndə Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib.

Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Tədbir iştirakçıları ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat prosesi və nəm tullantıların idarə olunması prosesi ilə tanış olublar.

“AzerGold” QSC-nin Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında texniki və iqtisadi səmərəliliyin daha da artırılması məqsədilə inşa olunan zavodun tikinti-quraşdırma işləri, tətbiq edilən texnologiya və istehsal imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2017-ci ildən “Çovdar” qızıl mədənində aktiv hasilat fəaliyyətinə başlayan “AzerGold” QSC, eyni zamanda sözügedən yatağın ehtiyatlarının artırılması məqsədilə geniş geoloji tədqiqatlar həyata keçirib. Nəticədə qızıl mədəninin ehtiyatlarının artırılması, cinahlarda “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağının kəşfinə, SSRİ dövründə kəşf edilmiş “Tülallar” qızıl yatağınin geniş tədqiqinə və sözügedən yataqların istismara verilməsinə nail olunub. Bununla “Çovdar” mədənində oksid filizləri ilə yanaşı, kəşf edilən tranzit və sulfid filizləri hesabına satılabilən qızıl ehtiyatları 179 min unsiyadan 609 min unsiyayadək artırılıb, mədənin istismar müddəti 2029-cu ilədək uzadılıb. Cinahlarda yerləşən mədənlər hesabına isə ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırılıb.

aia.az
Geri dön