Ana Sayfa > Karusel / Dünya > Türkiyədə 100-dən çox tələbə qidadan zəhərlənib

Türkiyədə 100-dən çox tələbə qidadan zəhərlənib


29-12-2023, 10:30. Yazar: sevinc1
Türkiyədə 100-dən çox tələbə qidadan zəhərlənib

Türkiyənin İsparta şəhərində 130 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Yalvaç rayonunda qız və oğlan yataqxanasında olan tələbələr şam yeməyindən sonra özlərini pis hiss ediblər. Onları dərhal Yalvaç Dövlət Xəstəxanasına çatdırıblar.

Qeyd edək ki, xəstəxanada müalicəsi başa çatan 11 tələbə evə buraxılıb, digər tələbələrin müalicəsi isə davam etdirilir.

aia.az
Geri dön